At ətini satmaq üçün Bakıya gətirirdilər -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

At ətini satmaq üçün Bakıya gətirirdilər - FOTOLAR

Sosial

13 Aprel 2026 18:31 465


Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Qeyd edilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub. pizza mizza

Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!