“İstəmərik ki, 6:0 təkrarlansın” - Şahin Diniyev

saytların hazırlanması

Evə çatdırılma

“İstəmərik ki, 6:0 təkrarlansın” - Şahin Diniyev

İdman

22 Mart 2019 00:30 1334


 “Qələbə gözləmək pafoslu fikirdir, amma əzmkar mübarizə gözləyirik”.

Bu sözləri milli komandamızın sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev “Yeni Sabah”a AÇ-2020-nin seçmə mərhələsində bu gecə keçiriləcək Xorvatiya – Azərbaycan oyunu haqqında danışarkən deyib. Mütəxəssis komandaya motivasiya lazım olduğunu və hər an surpriz nəticə ilə qarşılaşa biləcəyimizi söyləyib. 

“Suala azarkeş kimi yox, mütəxəssis kimi cavab vermək istəyirəm. Bilirsiniz ki, təlim-məşq toplanışı olmayıb. Xorvatiyaya hazırlıqsız komanda kimi getmişik. Sadəcə olaraq, 3-4 gün ərzində yeni baş məşqçinin başçılığı ilə məşqlər keçirilib. Demək olar ki, oraya sirli bir komanda olaraq yollanmışıq. Buna görə nəticə yaxşı da ola bilər, pis də. Hərdən görürsən ki, çox yaxşı hazırlaşırsan, amma nəticəyə nail olmaq olmur. Hərdən çox ciddi hazırlaşmırsan, amma yaxşı nəticə qazanırsan. Bu futbolun surprizlərindən biridir və biz də surpriz nəticə ilə qarşılaşa bilərik”. Toyuqlu pizza

Ş.Diniyev millimizdən qələbə qazanmasa belə, əzmkar mübarizə gözlədiyini deyib: “Xorvatiya haqqında dünya ikincisidir demək bəs edər. Xorvatiyada oynayan futbolçular da, Xorvatiyanın özü də böyük bir məktəbdir. O cür futbolçulara qarşı oynamaq imtahandır. Ona görə də bizi çətindən də çətin görüş gözləyir. Ancaq futbolda şanssız oyunlar olmur. Heç birimiz istəmərik ki, 6:0 təkrarlansın. Komandamıza uğurlar arzu edirik. Ümid edirik ki, bu oyundan üzü ağ çıxacaqlar. Qələbə gözləmək pafoslu fikirdir. Amma əzmkar mübarizə gözləyirik”.

Qeyd edək ki, Xorvatiya-Azərbaycan görüşü 23:45 də keçiriləcək və CBC Sportda canlı yayımlanacaq.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!