İstəyirəm Azərbaycan yenə bizə həsəd aparsın - Saakaşvili

saytların hazırlanması

Evə çatdırılma

İstəyirəm Azərbaycan yenə bizə həsəd aparsın - Saakaşvili

Siyasət

03 Dekabr 2021 09:23 9270


Gürcüstandan gedəndə həqiqətən də yemək üçün pul problemi yaşadım və buna görə də dərslər keçməyə başladım.

Axar.az 24Nyus.ge-yə istinadən xəbər verir ki, bu sözləri keçmiş prezident Mixeil Saakaşvili məhkəmə prosesində özünü müdafiə etdiyi zaman deyib.

Onun sözlərinə görə, indi özü ilə Gürcüstandan heç nə aparmayan birini mühakimə edirlər: pizza sifarişi

“Mən Gürcüstandan gedəndə həqiqətən də yemək üçün pul problemim var idi. Sonra dərslər keçməyə başladım. Amma indi məni, Gürcüstandan heç nə aparmayan bir şəxsi mühakimə edirlər. Pandemiya zamanı iqtisadiyyat çökəndə dəbdəbəli saraya yüz minlərlə, həmçinin maşında 102 min dollar ödəyən klan rəhbəri Levan Murusidze indi məni mühakimə edir".

O, həmçinin, əhaliyə müraciət edib və qələbənin yaxında olduğunu deyib:

"Əminəm ki, qələbəmiz çox yaxındır. Onlar çox zəifdirlər, qorxurlar və divara dirəniblər. Cəmiyyət birləşməlidir. Gürcüstanın super gələcəyi var, super dövlət olacaq. Mən burada heç bir vəzifəyə can atmıram, amma mənim bir arzum var, Ukrayna, Ermənistan, Azərbaycan və s. yenə də bizə həsəd aparsınlar", - deyə M.Saakaşvili bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəşir
    Sənin kimi Oğlu necə mühakimə etmey olar Allah Mişaya Kömey olsun
    4 years ago
  • Gülər
    Təki olsun. Xeyirlisi nədirsə, o da olsun????????????
    4 years ago