İstifadəyə yararsız 270 kq ət aşkar edilib

saytların hazırlanması

Evə çatdırılma

İstifadəyə yararsız 270 kq ət aşkar edilib

Sağlamlıq

13 May 2019 12:39 1174


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri və rayon prokurorluğunun əməkdaşları ilə birgə Bərdə şəhərində keçiridiyi tədbir zamanı pozuntu aşkarlanıb.

DİN Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, şəhər sakini Ə.Məmmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan öldükdən bir müddət sonra başı kəsilib, 270 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Toyuqlu pizza

Araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!