İstintaqın gedişi ilə bağlı məlumatım yoxdur - Fazil Mustafa 

saytların hazırlanması

Evə çatdırılma

İstintaqın gedişi ilə bağlı məlumatım yoxdur - Fazil Mustafa 

Siyasət

19 Aprel 2023 12:09 594


İstintaq orqanlarına 5-10 gün əvvəl ifadə vermişəm. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

"İfadə vermək prosedur qaydasıdır, burada problem yoxdur. Zərərçəkmiş şəxs kimi xəstəxanada ifadə vermişəm. Bu, təxminən 5-10 gün əvvəl olub. İstintaqın gedişi ilə bağlı ətraflı məlumatım yoxdur", - deyə ötən ay silahlı hücuma məruz qalan deputat vurğulayıb. Sezar pizza

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!