“İstirahət evi”nin sabiq rəisi tezliklə məhkəmə qarşısına çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

“İstirahət evi”nin sabiq rəisi tezliklə məhkəmə qarşısına çıxarılacaq

Kriminal

09 Fevral 2026 13:22 390


Müdafiə Nazirliyinin “İstirahət evi”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinə hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 23 fevrala təyin edilib. Toyuqlu pizza

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb.

Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!