İstirahət günü hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

İstirahət günü hava necə olacaq?

Sosial

15 Fevral 2019 22:39 845


İstirahət günlərinə olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, fevralın 16-17-də bu bölgədə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-9 dərəcə isti, dağlıq rayonlarda 0-3 dərəcə şaxta təşkil edəcək.

Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Fevralın 17-də gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 5-8, dağlıq rayonlarda 0-3 dərəcə isti təşkil edəcək. pizza

Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 17-də gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-9 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 17-si gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın yaxın iki gündə arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 5-7 dərəcə isti təşkil edəcək.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!