İstirahət mərkəzinin sahibi saxlanıldı - Narkotikə görə

İstirahət mərkəzinin sahibi saxlanıldı - Narkotikə görə

Hadisə

25 Oktyabr 2019 10:15 842


Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Ərkivan qəsəbə sakini Ə.Abdinova məxsus 173 qramdan artıq metamfetmin, 60 qramdan artıq heroin və 417 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, davam etdirilən tədbirlərlə Ə.Abdinovun işlədiyi istirahət mərkəzindən 2 qramdan artıq marixuana və 12 qramdan artıq çətənə toxumu, habelə orada istirahət edən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Orucovdan 286 qrama yaxın marixuana, 3 qramdan artıq metamfetamin, 7 qrama yaxın preqabalin və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Nağıyevdən isə 3 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!