İsveç NATO ilə bağlı son qərarı nə vaxt verəcək?

saytların hazırlanması

Evə çatdırılma

İsveç NATO ilə bağlı son qərarı nə vaxt verəcək?

Dünya

12 May 2022 17:40 132


Mayın 16-da İsveç parlamentində təhlükəsizlik siyasəti ilə bağlı xüsusi müzakirələr keçiriləcək.

Yenisabah.az “Expressen”ə istinadla xəbər verir ki, həmçinin, İsveçin NATO-ya müraciəti ilə bağlı rəsmi qərar qəbul etmək üçün hökumətin əlavə iclası olacaq.

Riksdaqda debat tələbi hakim Sosial Demokrat İşçi Partiyası tərəfindən irəli sürülüb. Onlarda hökumətdən Baş nazir Maqdalena Andersson iştirak edəcək. pizza

Gözlənilməz bir hadisə baş verməsə, NATO-ya üzvlük ərizəsi hökumətin iclasından dərhal sonra elan ediləcək.

Mayın 13-də təhlükəsizlik vəziyyəti ilə bağlı partiyalararası parlament hesabatı açıqlanacaq. Ölkənin NATO-ya daxil olması ilə bağlı qərarı mayın 15-də veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!