İsveç və Finlandiya 33 canini Türkiyəyə təhvil vermir

saytların hazırlanması

Evə çatdırılma

İsveç və Finlandiya 33 canini Türkiyəyə təhvil vermir

Dünya

16 May 2022 15:35 622


NATO-ya üzv olmaq prosesinə başlayan İsveç və Finlandiya Türkiyədə qadağan olunmuş FETÖ və Kürdüstan Fəhlə Partiyasının (PKK) 33 üzvündən heç birini ekstradisiya etməyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir", - deyə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl deyib. pizza mizza

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da qeyd edib ki, Finlandiya və İsveç Ankaranı narahat edən məsələlərdə Türkiyə ilə işləməyə hazır olduqlarını bəyan ediblər.

"NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiya Fətullah Gülənin (FETÖ) terror təşkilatı və PKK-dan olan terrorçuları Türkiyəyə təhvil vermir. Türkiyə Finlandiyadan 12 (hər birindən 6 nəfər) ekstradisiyası prosesinə başlayıb. Habelə 10-u FETÖ, 11-i PKK-da olan 21 nəfər İsveçdən təxliyə olunmalıdır. Hər iki ölkə 33 ekstradisiya tələbinin heç birinə müsbət cavab verməyib", - deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!