İsveçin NATO-ya üzvlük ərizəsi rəsmi olaraq Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasının gündəliyinə daxil edilib və üç beynəlxalq aktla bərabər nəzərdən keçiriləcək.
Yenisabah.az “TRT Haber”ə istinadla xəbər verir ki, səsvermə Çərşənbə axşamı olacaq.
Protokol dekabr 26-da Məclisin Beynəlxalq Əlaqələr Komissiyasında təsdiq edilib. İndi bütövlükdə parlament daxilində bu məsələ ilə bağlı səsvermə keçirilməlidir. Onun təsdiqi üçün səsvermədə iştirak edən 600 yerlik parlamentin deputatlarının sadə səs çoxluğu kifayətdir. Marqarita pizza
Telegram kanalımız