İsveçrə NATO-ya üzv olur?

saytların hazırlanması

Evə çatdırılma

İsveçrə NATO-ya üzv olur?

Dünya

19 May 2022 17:52 777


İsveçrənin Müdafiə Nazirliyi NATO ilə yaxınlaşmanı nəzərdə tutan ölkənin təhlükəsizliyinin qorunması variantları haqqında hesabat hazırlayır.

Yenisabah.az "Keystone SDA"ya istinadla xəbər verir ki, hesabat birgə hərbi təlimlər, yüksək səviyyəli təmaslar və İsveçrə komandirləri ilə NATO siyasətçiləri arasında müntəzəm görüşləri nəzərdə tutur.

Ölkənin birliyə daxil olmağı müzakirə edilsə də, Müdafiə Nazirliyinin təhlükəsizlik siyasəti departamentinin rəhbəri Paelvi Pulli bu variantı ən az ehtimal olunan hesab edir. pizza hut

Qeyd edək ki, 1815-ci ildə Vyana konqresində İsveçrə neytrallıq siyasəti seçib və o vaxtdan bəri ölkə beynəlxalq silahlı münaqişələrdə iştirak etməyib.

1907-ci il Haaqa Konvensiyasına görə, İsveçrə beynəlxalq silahlı münaqişələrdə iştirak etmir, döyüşənlərə silah və ərazi vermir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!