İsveçrə silahının Ukraynaya göndərilməsinə razılıq vermədi

saytların hazırlanması

Evə çatdırılma

İsveçrə silahının Ukraynaya göndərilməsinə razılıq vermədi

Dünya

01 İyun 2022 17:14 832


Rəsmi Bern Danimarkaya İsveçrə istehsalı olan 20 ədəd "Piranha III" zirehli maşınının Ukraynaya verilməsinə icazə verməyib.

Yenisabah.az SRF-ə istinadla xəbər verir ki, Danimarka hakimiyyəti İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə (SECO) rəsmi müraciət edib və rədd cavabı alıb. 

Eyni zamanda SECO bu qərarın səbəbi kimi ölkənin neytrallığını və İsveçrə qanunlarını göstərib. Dominos pizza

Danimarka İsveçrə zirehli maşınlarını alarkən onları İsveçrənin icazəsi olmadan üçüncü tərəfə ötürməməyi öhdəsinə götürüb.

Bundan əvvəl, aprel ayında İsveçrə hakimiyyəti Berlinin Kiyevə vermək niyyətində olduğu "Gepard" özüyeriyən zenit silahlarını Ukraynaya göndərməsinə icazə verməmişdi.

İsveçrənin belə bir mövqedə qalmaqda davam edib-etməyəcəyi hələlik məlum deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!