İsveçrədə immiqrantlar yerli xalqdan daha çox gəlir əldə edir

saytların hazırlanması

Evə çatdırılma

İsveçrədə immiqrantlar yerli xalqdan daha çox gəlir əldə edir

Dünya

04 İyul 2019 09:51 1167


İsveçrədəki immiqrantlar yerli xalqdan daha çox maaş alır.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) məlumat yayıb.

Bildirilib ki, 2010-2018-ci illər arasında immiqrantlar və isveçlilərin maaşları arasında aparılan müqayisənin nəticəsi təəccübləndirici olub.

Belə ki, isveçrəli həmcinsləri ilə müqayisədə immiqrant qadınların 20 faiz, kişilərin isə 13 faiz daha çox gəlir əldə etdiyi üzə çıxıb.

Bunlar əsasən Avropa Birliyinə və Avropa Azad Ticarət Assosasiyasına üzv olan ölkələrdən gələn bacarıqlı və təhsilli immiqrantlardır.

Son 3 ildə İsveçrəyə bu ölkələrdən 90 mindən artıq insan köçüb.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!