“İt damı da olsa, onu hazır edəcəm ki, pul qazanım” –   Ağabəy Əsgərovdan sensasion açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“İt damı da olsa, onu hazır edəcəm ki, pul qazanım” – Ağabəy Əsgərovdan sensasion açıqlama

Sosial

21 Avqust 2021 11:13 10237


Bir neçə gündür ki, Azərbaycan nəşriyyatı ilə bağlı mövzu gündəmə gəlib. Bir vaxtlar gənc şair, yazar və jurnalistlərdən tutmuş bütün yaradıcı insanların həvəslə üz tutduğu məkan nəşriyyat idi. İndi isə orada jurnalistika cameəsi ilə canlı olaraq qarşılaşmaq mümkün deyil.

Yenisabah.az xəbər verir ki, Real TV nəşriyyatın indiki durumu haqqında reportaj hazırlayıb.

Azərbaycan Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov qısa müsahibə verib. O, "nəşriyyat binası ətrafında it damı olsa, ondan belə pul çıxararam" kimi fikirlər səsləndirib: pizza hut

"Burada it damı olsa onu da hazır edəcəm ki, pul qazanım. Nəşriyyat binası ətrafında kirayə verilən yerlərin sahibləri vaxtı-vaxtında çox səliqəli şəkildə yer pulu, kommunalın pulunu verirlər. Biz də faktiki olaraq onların hesabına bu dəhşəti saxlaya bilirik. Bazar iqtisadiyyatıdır. O insanların nə zərəri varki? Taxta, dəmir, şüşə sexidir işləyir də...

Qonaqlar gələndə də bu binaya gəlirlər, həyətə yox. Buranı saxlamaq üçün pulu mənə qonaq verir?".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!