İtaliya futbolunda irqçilik

saytların hazırlanması

Evə çatdırılma

İtaliya futbolunda irqçilik

İdman

03 Aprel 2019 22:55 855


İtaliya futbolunda irqçilik baş verib.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus”un hücumçusu Moyze Kin “Kalyari” ilə səfər oyununda (2:0) yerli azarkeşlərin irqçi şüarları ilə qarşılaşıb. 

Qaradərili futbolçunun 85-ci dəqiqədə vurduğu qolu sardiniyalı fanatların əyləşdiyi sektorun qarşısında qeyd etməsi buna əsas səbəb olub. Futbolçunun hərəkətini narazılıqla qarşılayan azarkeşlər onu fitə basıb, təhqir etməyə başlayıblar. Marqarita pizza

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi ortalığı sakitləşdirməyə çalışsa da, azarkeşlər irqçi şüarlar səsləndirməyə davam ediblər. Ardınca Turin klubunun digər qaradərili futbolçusu Blez Matiudi emosional şəkildə yerli publikaya cavab verib. Daha sonra görüşün baş hakimi Pyero Cakomelli stadionun diktorundan azarkeşlərə xəbərdarlıq etməsini istəyib. Ancaq bu da onları sakitləşdirməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!