İqtisadiyyat naziri Şahin Mustafayev Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 5-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfərləri, ötən ilin iyul ayında İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın Azərbaycana səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin, biznes-forumların və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.
İkitərəfli iqtisadi əlaqələrdən danışan Şahin Mustafayev qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 10% artaraq 6,2 mlrd. dollar təşkil edib. İtaliyanın “Maire Tecnimont” şirkətinin podratçısı olduğu “SOCAR-Polymer” zavodunun bir neçə gün əvvəl açılışı olub. pizza mizza
Telegram kanalımız