İtaliya mətbuatı Azərbaycandan yazdı

saytların hazırlanması

Evə çatdırılma

İtaliya mətbuatı Azərbaycandan yazdı

İdman

08 Fevral 2019 12:57 966


İtaliya mətbuatı ölkəmizdə növbəti dəfə keçiriləcək Formula 1 Qran – Prisinə geniş yer ayırıb.

Ölkənin “sport.repubblica”, “gazzetta.it”, “sportfair.it”, “f1grandprix.motorionline”,“tuttomotoriweb”, idman saytları və digər kütləvi informasiya vasitələri “Formula 1 Azərbaycan Qran-Prisininin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb” sərlövhəli yazılar dərc edib.

Məqalələrdə Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin Azərbaycana səfəri çərçivəsində Qran-Prinin 2023-cü ilədək keçirilməsi haqqında müqavilənin imzalandığı diqqətə çatdırılır və ölkənin iqtisadiyyatına müsbət təsiri, yerli şirkətlər üçün yeni imkanlar açması qeyd olunur. pizza

Yazılarda, həmçinin gənclər və idman naziri Azad Rəhimovun, Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin mötəbər yarış haqqında verdiyi müsahibələri yer alır.

Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!