İtaliyalı nazir: “Ağdamdakı dağıntıları heç kəs təsəvvür edə bilmirdi“

saytların hazırlanması

Evə çatdırılma

İtaliyalı nazir: “Ağdamdakı dağıntıları heç kəs təsəvvür edə bilmirdi“

Siyasət

13 Fevral 2023 14:44 694


"Azərbaycanda dəfələrlə olmuşam. Mən hələ xarici ticarət naziri olduğum zaman ölkənizə səfər etmişdim. Bu gün isə “Ansaldo” ilə razılaşmanın qeyd olunması mərasiminə qatılmışam". 

Yenisabah.az xəbər verir ki, bunu İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Prezident İlham Əliyev ilə görüşdə deyib.

“Siz ərazilərinizi azad etdikdən bir neçə gün sonra İtaliyanın parlament nümayəndə heyətinin tərkibində ölkənizə səfər etdim. O vaxt həmin yerlərə baş çəkdik. Ağdam şəhərinə getdiyimi, məscidin minarəsindən çəkdiklərimi xatırlayıram. İtaliyanın informasiya kanallarında onları nümayiş etdirdim. Bu səfər məndə böyük hisslər doğurdu. Bu dağıntıları heç kəs təsəvvür edə bilmirdi”, - deyə Adolfo Urso bildirib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!