İtaliyanın Xarici işlər naziri Azərbaycana gəlir

saytların hazırlanması

Evə çatdırılma

İtaliyanın Xarici işlər naziri Azərbaycana gəlir

Siyasət

02 Aprel 2022 10:28 486


İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo Azərbaycana gəlir.

Yenisabah.az xəbər verir ki, bu barədə İtaliya XİN açıqlama yayıb. 

Bildirilib ki, səfər bu gün baş tutacaq. Marqarita pizza

"İtaliyanın xarici işlər naziri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və energetika naziri Pərviz Şahbazovla görüşlərdə iki ölkəni birləşdirən strateji infrastruktur olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz tədarükünün mümkün artırılmasını müzakirə edəcək. Nazir Luici Di Mayo həmsöhbətləri ilə ikitərəfli və regional gündəliyin əsas məsələlərini də nəzərdən keçirəcək və həmkarı C.Bayramovla çoxşaxəli ikitərəfli Strateji Dialoqun ilk iclasına həmsədrlik edəcək", -açıqlamada deyilir.

Bundan əlavə, L.Di Mayo Ukraynada atəşkəsin vacibliyini müzakirə etməyi planlaşdırır.

Səfər zamanı XİN rəhbərini İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano müşayiət edəcək.


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!