İtlərin müdafiəçiləri aksiya keçirdilər – Video

saytların hazırlanması

Evə çatdırılma

İtlərin müdafiəçiləri aksiya keçirdilər – Video

Xalqın səsi

23 Aprel 2019 02:11 1100


Aprelin 22-də bir qrup heyvansevər Bakı şəhər icra hakimiyyətinin qarşısında etiraz nümayişi keçirib. Onlar küçə itlərinin güllələnib öldürüldüyünü iddia edirlər.

Etirzazçılar hesab edirlər ki, "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi Bakıdakı küçə itləri ilə öz qaydalarına uyğun davranmır.

"Toplan" Heydər Əliyev Fondunun və BŞİH-nin sahibsiz itlərlə bağlı birgə layihəsi çərçivəsində yaradılıb. pizza sifarişi

Məsələ ilə bağlı Bakı şəhər icra hakimiyyətindən şərh almaq mümkün olmayıb.

"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzindən səslənən iddiaları əsassız sayıblar. Mərkəz bildirir ki, küçələrdən toplanan sağlam itlərlə bağlı lazımi işlər görüləndən sonra onlar geriyə qaytarılır.

"Xəstə, aqressiv heyvanlar humanist yolla evtanaziya olunur", qurum bildirir.

BBC Azərbaycan

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!