İtmiş futbolçunun öldüyü təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

İtmiş futbolçunun öldüyü təsdiqləndi

İdman

08 Fevral 2019 14:56 1058


Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin dağıntılarından çıxarılmış meyitin argentinalı futbolçu Emiliano Salaya məxsus olduğunu təsdiqləyib.

“RİA Novosti”nin məlumatına görə, təyyarənin qalıqları bazar ertəsi La-Manş boğazının dibində aşkarlanıb.

Futbolçunun ailəsi artıq meyitin kimliyinin müəyyən edildiyi barədə məlumatlandırılıb. Təyyarəni idarə etmiş pilotun meyiti isə hələ də tapılmayıb. pizza mizza

Baş verən faciə ilə bağlı araşdırma davam etdirilir.

Xatırladaq ki, Nantdan Uelsin paytaxtı Kardiffə uçan tək mühərrikli “Piper Malibu” təyyarəsi yanvarın 22-də radarlardan itib. Təyyarənin göyərtəsində iki nəfər – pilot Deyv İbbotson və futbolçu Emiliano Sala olub. Argentinalı hücumçu yanvarın 19-da Fransanın “Nant” klubundan “Kardiff siti” klubuna transfer olunmuşdu.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!