İTV-nin rəhbərinə yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

İTV-nin rəhbərinə yeni vəzifə verildi

İdman

05 Dekabr 2025 13:35 777


Dekabrın 5-də Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) ümumi yığıncağı keçirilib. 

"Yeni Sabah" xəbər verir ki, tədbirdə 61 yaşında dünyasını dəyişən AQF-nin mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti barədə məlumat verib.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!