Gürcü milyarder Bidzina İvanişvili siyasətə qayıdıb.
Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, hakim“Gürcü Arzusu”nun yaradıcısı partiyanın siyasi şurasının yeni sədri seçilib.
İvanişvili 2021-ci il yanvarın əvvəlində “Gürcü arzusu”nun sədri postunu tərk edib. Sonra o, siyasətdən və ictimai həyatdan getdiyini, bundan sonra “Gürcü Arzusu”nun işlərinə qarışmayacağını, liderlərinə məsləhət verməyəcəyini deyib. Buna baxmayaraq, onun hakim partiyanın siyasətinə yön verdiyi deyilirdi. Sezar pizza
Telegram kanalımız