İxracatçı sahibkarlar üçün seminar keçirilib

saytların hazırlanması

Evə çatdırılma

İxracatçı sahibkarlar üçün seminar keçirilib

İqtisadiyyat

19 Fevral 2019 16:45 881


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin PwC Azərbaycan şirkəti ilə birgə təşkilatçılığı əsasında “Vergi qanunvericiliyində son dəyişikliklər və bu dəyişikliklərin sahibkarlıq fəaliyyətinə təsiri“ mövzusunda seminar keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, ixracatçı sahibkarların maarifləndirilməsi üçün nəzərdə tutulan seminar çərçivəsində vergi sistemi haqqında ümumi məlumat, Vergi Məcəlləsinə edilən əsas dəyişikliklərin mahiyyəti və praktiki tətbiqi, sahibkarlıq subyektlərinin vergi və mühasibat uçotu siyasətinə qoyulan tələblər, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi, o cümlədən yoxlamaların hüquqi tənzimlənməsi kimi mövzular haqqında danışılıb.

Seminarda şirkət rəhbərləri, mühasiblər, maliyyə, vergi mütəxəssisləri və hüquqşünaslar iştirak ediblər. Marqarita pizza

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi dövlət başçısının “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.

  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!