İxtisar dalğası Gədəbəyə çatdı: 32 nəfər vəzifədən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

İxtisar dalğası Gədəbəyə çatdı: 32 nəfər vəzifədən azad edildi

Siyasət

01 Aprel 2026 16:03 797


İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

“Yeni Sabah” xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Gədəbəyin icra başçısı vəzifəsini icra edən Natiq Nağıyevin əmri ilə 32 nəfər işdən çıxarılıb. İşini itirənlərin əksəriyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə icra hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Xatırladaq ki, Gədəbəyin sabiq icra başçısı Orxan Mürsəlov 2025-ci ilin noyabr ayında Göyçay rayonunun icra başçısı təyin edilib. Həmin vaxtdan etibarən Gədəbəydə icra başçısı vəzifəsini Natiq Nağıyev icra edir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!