“İxtisasların ləğvi məzunlara təsir etməyəcək“

saytların hazırlanması

Evə çatdırılma

“İxtisasların ləğvi məzunlara təsir etməyəcək“

Sosial

14 Fevral 2019 17:51 895


Nazirlər Kabinetinin “Ali təhsilin bakalvriat (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları əsasında yeni və ya adları dəyişdirilən ixtisaslara qəbul bu il aparılmayacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev deyib. Onun sözlərinə görə, yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulub. 

Şöbə müdiri qeyd edib ki, bu təsnifatlar 3 il ərzində aparılan təhlillər, tədqiqatlar nəticəsində yaranıb. O həmçinin magistratura üzrə də gələcəkdə ixtisasların təsnifatının aparılacağını deyib: pizza sifarişi

“Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Bu il və ya gələn il ərzində prosesə başlanılacaq. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, ora 10 il ərzində qəbul aparılmırdı. Bu ixtisasların ləğv olunması məzunlara təsir etməyəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!