İyun ayında qarpız yemək olar? – Mütəxəssislər xəbərdarlıq edir

saytların hazırlanması

Evə çatdırılma

İyun ayında qarpız yemək olar? – Mütəxəssislər xəbərdarlıq edir

Sağlamlıq

10 İyun 2025 10:13 820


Yay fəslinin sevilən meyvələrindən olan qarpız artıq iyun ayından satışa çıxıb. Lakin mütəxəssislər bu dövrdə qarpız istehlakına ehtiyatla yanaşmağı tövsiyə edir.

Yenisabah.az xəbər verir ki, həkim-diyetoloqların sözlərinə görə, qarpız təbii şəraitdə iyul-avqust aylarında yetişir.

İyunun əvvəlində bazara çıxarılan qarpızların əksəriyyəti ya yetişdirici maddələrlə böyüdülür, ya da süni üsullarla tez yetişdirilir. Bu da sağlamlıq üçün ciddi risklər yarada bilər. Pepperoni pizza

Qida zəhərlənməsi, bağırsaq pozğunluqları, allergik reaksiyalar və digər fəsadlar erkən mövsüm qarpızlarından qaynaqlana bilər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər daha diqqətli olmalıdırlar.

Mütəxəssislər bildirir ki, sağlam və təhlükəsiz qarpız istehlakı üçün ən münasib vaxt iyul ayından başlayır./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!