İzzət Bağırov buna görə çimərlikdən qorxur

saytların hazırlanması

Evə çatdırılma

İzzət Bağırov buna görə çimərlikdən qorxur

Şou

21 İyul 2025 17:55 737


"Dənizə gedirəm, amma istifadə etmirəm. Uşaqları aparıram, amma geyimli otururam. Özüm suya girmirəm. Peyğəmbərimiz deyib ki, dənizə baxmaq da ibadətdir. çünki dəniz yeganə vasitədir ki, səni dinləyir və sözünü kəsmir".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov aparıcı Fəxriyyə Lilparın "Xəzərin sahilində" proqramında deyib. Sənətçi Azərbaycanda çimərliyə getməkdən qorxduğunu etiraf edib:

"Dəniz kənarına ancaq kətan və ağ geyinirəm. Ətrafdakılar başlayır telefonla səni çəkirlər. Mən də ehtiyatımı saxlayıram. Nə üçün məni dəniz geyimində çəkib paylaşmalıdırlar? Məsləhət olsa özüm paylaşaram da. Mənim səhifəmdə görmüsünüz artıq nəsə paylaşım? Adam var əlində telefon hər şeyi çəkir qoyur. 35 ildir oxuyuram. 1991-ci ildən efirdəyəm. Suyu üfürə-üfürə içirəm. Əvvəl özüm üçün, indi uşaqlarım üçün adımı qoruyuram. Oğullarım böyüyür, ətrafları var. İstəmirəm onlar atalarına görə utansınlar". /Axşam.az Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!