“Deyir, 200 manat alimentini verirəm, də… Sənin başına dəysin! 200 manatla aliment olur?!”
“Yeni Sabah” xəbər verir ki, bu sözləri müğənni İzzlət Bağırov deyib.
“Öz Aramızda” verilişində yayımlanan çıxışında ifaçı valideyn məsuliyyəti və aliment məsələsinə dair sərt fikirlər səsləndirib: pizza sifarişi
“Atanın daha çox məsuliyyəti var, 99%-i atanın borcudur. Ana ilə sənin aranda ciddi bir problem ola bilər, amma bu uşağın günahı deyil. 200 manatla uşaq saxlamaq olar?!
Mümkün deyil ki, 200 manat uşaq üçün yetərli olsun. Bu alimentlə uşağın məktəb xərclərini ödəmək çətindir. Məsələn, sentyabr ayında məktəb üçün bir şey almaq istəyirsən, 600-700 manat lazımdır.
Ayaqqabı cırılır, paltar köhnəlir, uşaq oynayır, yıxılır, futbol oynayır, bəzən xəstələnir və dərman, xəstəxana xərcləri çıxır. Uşaqlar da böyüyür, internet dövrüdür, onlar da nələrinsə istəyir.
Ana ilə qırışmısan, vuruşmusan, ola bilər, amma bunların heç biri uşağın günahı deyil. Uşaqlara baxmaq, onlara qayğı göstərmək valideynin borcudur. Uşaqlar günahsızdır. Hər bir valideyn, xüsusilə də atalar, övladlarına sahib çıxmalıdırlar”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız