Xəbər verdiyimiz ki, ötən gün Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski 75 yaşında vəfat edib. Onun ölümü ilə bağlı sosial şəbəkələrdə siyasətçilər və sadə vətəndaşlar tərəfindən bir çox fikirlər səsləndirilməkdədi.
Xatırladaq ki, Jirinovskinin ölkəmizə qarşı münasibəti heç zaman birmənalı olmayıb. O, öz çıxışlarında Azərbaycana qarşı tənqidi, sərsəm, eyni zamanda təhqiramiz fikirlər səsləndirməklə yadda yalıb.
Yenisabah.az xəbər verir ki, Azərbaycanın keçmiş Xarici işlər naziri Vilayət Quliyev Jirinovski ilə bağlı xatirəsini paylaşıb: Pepperoni pizza
“Jirinovskini canlı formatda və öz ampluasında ilk dəfə 1997-ci ilin mart ayında Sofiyada görmüşdüm. Milli Məclisdəki deputat həmkarım Ziyafət Əsgərovla birlikdə NATO-nun bu ölkədə keçirdiyi Rouz-Rout seminarında iştirak edirdik.
Görünür, Moskvadan eyni təyyarə ilə gəlmişdik. Amma biznes-klass sərnişini Jiriki bizdən əvvəl qarşılayıb salona gətirmişdilər və artıq burada bağıra-bağıra NATO tədbirinə ev sahibliyi edən Bolqarıstanı tarixi müttəfiqi, xilaskarı Rusiyaya xəyanətdə, NATO üzvü Türkiyənin “altına yıxılmaqda” ittiham edirdi.
Sonra salonu gərdiş eləməyə başladı və yaxamızdakı “Azərbaycan” yazısını görüb önümüzdə dayandı, “Почему гордый Азербайджан стоит на стороне?”- deyə söz atdı. “Последний бросок на Юг» kitabında ölkəmiz haqda yazdıqlarınızdan sonra sizinlə arada məsafə saxlamaq yaxşıdır”-dedim. Ziyafət də sözlərimə qüvvət verdi.
Jirik:
- Uşaqlar, xırdaçı olmayın, - dedi. – Onda elə fikirləşirdim, o cür də yazmışdım. İndi ölkənizə münasibətdə tamamilə fərqli düşüncədəyəm. Yadınızda saxlayın ki, yalnız ölülər və dəlilər fikirərini dəyişmirlər.
Və kiçik nitqinə multik qəhrəmanı Kot Leopoldun məşhur sözləri ilə xitam verdi: “Ребята, давайте жить дружно!”
Amma özü Azərbaycana münasibətdə zaman-zaman nifaq və düşmənçilik toxumu səpdi. Dəli kimi fikrini şəraitə, ağalarının istəyinə uyğun şəkildə tez-tez dəyişdi. Ölü kimi isə təbii ki, daha intizamlı və sabitqədəm olar”.
Telegram kanalımız