Jirinovski öz ampulasında:   “Nazarbayev çoxdan ölüb, basdırıblar...”

saytların hazırlanması

Evə çatdırılma

Jirinovski öz ampulasında: “Nazarbayev çoxdan ölüb, basdırıblar...”

Siyasət

15 Yanvar 2022 20:32 2339


Rusiyanın Liberal Demokratik partiyasının rəhbəri Vladimir Jirinovski yenə açıqlaması ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, Jirinovski Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin çoxdan öldüyünü və artıq dəfn edildiyini iddia edib.

O, bu fikirini Nazarbayevin uzun müddətdir ki, ictimaiyyət qarşısına çıxmaması ilə əsaslandırıb. Partiya sədri bu sensasion iddianı “Komsomolskaya Pravda” radiosunun efirində səsləndirib. Toyuqlu pizza

“Məncə, o, çoxdan ölüb. Çoxdan vəfat edib və basdırılıb. Müsəlmanlar həmin gün dəfn edirlər. Bu cür sakit gizlənmək, heç nə deməmək və həyatda olmaq? Mümkün deyil, bu istisnadır", - deyə Jirinovski danışıb.

Siyasətçi bildirib ki, hadisələrin bu cür gedişatı “Şərqdə normal sayılır”. Xalq Nazarbayevə kütləvi şəkildə qarşı çıxdığına görə eks-prezidentdən qurtula da bilərdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!