Jirinovski üçün məqbərə düzəldildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Jirinovski üçün məqbərə düzəldildi - Foto

Siyasət

01 May 2021 19:56 997


Moskvanın Troyekurovski qəbiristanlığında Lenin məqbərəsinin üzərində “Jirik” yazısı olan mavi nüsxəsi peyda olub.

Yenisabah.az xəbər verir ki, bu barədə “PolitNaviqator” saytı məlumat yayıb.

Qeyd olunur ki, konstruksiya Liberal-Demokrat Partiyası liderinin özü üçün 10 milyon rubla satın aldığı ərazidə quraşdırılıb. Dominos pizza

Sayt güman edir ki, bu özünəməxsus hədiyyəni Vladimir Jirinovskinin 75 illik yubileyi üçün Rusiya Federasiyası Kommunist Partiyasının tərəfdarları hazırlayıblar. Çünki qalmaqallı siyasətçi vaxtilə Gennadi Züqanovu məqbərəyə qoymağı təklif etmişdi.

/Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!