Ötən gün jurnalist Azər Həsrətin sosial şəbəkədə yazdığı status qalmaqala səbəb olub.
Onun “Bakıda klublarda daha çox gözə dəyən uşaqlar rus məktəblərində oxuyanlardır. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir” fikirləri sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.
Azər Həsrəti tənqid edənlər arasında müğənni Nura Suri də var. Belə ki, müğənni “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, bu cür yazı paylaşmaq səviyyəsizlikdir: Marqarita pizza
“Bu nə fikirdir, başa düşə bilmirəm. Bunu yazmaq üçün səviyyəsiz olmaq lazımdır. Normal düşüncəsi olan insan belə fikir bildirməz. Müəyyən yazılarına görə, hər hansı bir yerə gəlmiş jurnalistə yaraşmayan ifadədir”.
Əcəmi Əsədulla
Telegram kanalımız