“Jurnalistlərin şəhid ailələrindən pul alması faktı araşdırılır“   - Amaşov

saytların hazırlanması

Evə çatdırılma

“Jurnalistlərin şəhid ailələrindən pul alması faktı araşdırılır“ - Amaşov

Maraqlı

10 İyul 2021 10:40 806


"Biz bəzi jurnalistlərin şəhid ailələrindən pul alması ilə bağlı faktları araşdırırıq. Bununla bağlı yerli icra hakimiyyətləri ilə təmasdayıq. Çünki onlar ünvan, əlaqə nömrəsi öyrənərkən ilk növbədə yerli icra strukturlarına müraciət edirlər".

Yenisabah.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Ternd-ə açıqlamasında deyib.

Ə.Amaşov bildirib ki, əgər, həqiqətən belə bir şey baş veribsə, utanc gətirən bir faktdır: "Şəhid ailələrindən pul alınması bağışlanan hal deyil. Mütləq hüquq-mühafizə orqanları bu məsələləri diqqətdə saxlamalı, günahkarlar cəzalandırılmalıdır". pizza sifarişi

Qeyd edək ki, mediada bəzi jurnalistlərin şəhid ailələrindən pul alması ilə bağlı məlumatlar yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!