Suraxanı rayonunda 220 metr rabitə kabeli oğurlayan şəxslər saxlanılıb.
DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlayan şəxslər saxlanılıb.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar. pizza sifarişi
Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı
Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Telegram kanalımız