Kadi, Məqsədi, Ramalinqomu... - Cəzalandılar

saytların hazırlanması

Evə çatdırılma

Kadi, Məqsədi, Ramalinqomu... - Cəzalandılar

İdman

18 Fevral 2026 15:07 290


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda Misli Premyer Liqasınn 20-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“İmişli” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli”nin 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq, klubu isə 2500 manat cərimə edilib. Marqarita pizza

Həmin oyunundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” 2500 manat cərimələnib.

Bu matçın 72-ci dəqiqəsində “Qarabağ”ın 20 nömrəli futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq. “Qarabağ” isə 1000 manat cərimə ödəyəcək.

Eyni görüşün 90+5-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Ağdam təmsilçisi 6000 manat cərimələnib.

“Kəpəz” – “Neftçi” oyununun 71-ci dəqiqəsində “Kəpəz”in 27 nömrəli futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalandırılıb, “Kəpəz” 1000 manat cərimə edilib.

Bu oyunda “Kəpəz” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilib.

Həmin görüşdə “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan”dan 6 nəfər sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib.

Bu matçın 74-cü dəqiqəsində “Sumqayıt”ın 9 nömrəli futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmayacaq. "Sumqayıt” isə 3000 manat cərimələnib.

Sözügedən qarşılaşmada “Sumqayıt” azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "gənclik şəhəri" təmsilçisi 6000 manat cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!