Kadi “Qarabağ”da 40-a çatdı

saytların hazırlanması

Evə çatdırılma

Kadi “Qarabağ”da 40-a çatdı

İdman

04 Aprel 2026 17:40 571


Kadi Borges "Qarabağ"ın heyətində 40-cı qolunu vurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, braziliyalı yarımmüdafiəçi Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Sabah"la qarşılaşmasında (2:2) dubl müəllifi olub. O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını "40"a çatdırıb. Marqarita pizza

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan Kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi "Qarabağ"ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borges "Qarabağ"da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!