Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi

Maraqlı

05 Noyabr 2023 11:47 1030


Çeçenistan rəhbəri Ramzan Kadırov 15 yaşlı Adəmə yüksək vəzifə verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin spikeri Maqomed Daudov bildirib.

Onun sözlərinə görə, Adəm Kadırov Çeçenistan təhlükəsizlik şurasında “məsul vəzifəyə” təyin edilib. O, Kadırovun oğlunun hansı vəzifəyə gətirildiyini açıqlamayıb. pizza sifarişi

Çeçenistan parlamentinin sədri Adəm Kadırovun ona tapşırılan vəzifənin öhdəsindən gələcəyinə əmindir. “Mən əminəm ki, o, Çeçenistan Respublikasının rəhbərinin etimadını doğruldacaq və onun üçün etibarlı dayağa çevriləcək”, - deyə Daudov əlavə edib.

15 yaşlı Adam Kadırov istintaq təcridxanasında Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli döydükdən sonra məşhurlaşıb. Ramzan Kadırov özü döyülmə ilə bağlı video yayımlayıb və oğlunun “düz iş gördüyünü” yazıb. Ramzan Kadırov oğlunu bütün müsəlmanların qəhrəmanı elan edib. Adəm Kadırov Çeçenistan Qəhrəmanı adına layiq görülüb . 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!