Kadırov özünü biabır etdi

saytların hazırlanması

Evə çatdırılma

Kadırov özünü biabır etdi

Dünya

06 May 2022 08:35 383


Çeçenistan lideri Ramzan Kadırov Ukraynadakı qoşunlarının "qələbələrindən" danışaraq, növbəti dəfə özünü "Tik-Tok"da biabır edib. Bu dəfə o, Luqansk vilayətinin Svetliçnoye kəndinin tutulduğunu bəyan edib. Məsələ burasındadır ki, bu yaşayış məntəqəsi 8 il əvvəl separatçılar tərəfindən tutulub.

“Yeni Sabah” Oxu.az-a istinadən bildirir ki, çeçenlərin "qələbəsi" haqqında mesaj Kadırovun "Telegram" hesabında yer alıb:

"Svetliçnoye qəsəbəsi tamamilə azad edilib. Əziz qardaşımız general-mayor Şarip Delimxanovun rəhbərliyi ilə çeçen döyüşçülərinin koordinasiyalı hərəkətləri sayəsində quldurların azğınlaşdığı daha bir ərazini mütləq nəzarətə götürmək mümkün olub". Dördpendirli pizza

O, "təmizləmə əməliyyatı"nın aparıldığını, daha sonra isə "humanitar tədbirlər" görüləcəyini bildirib.

2014-cü ildən Svetliçnoye kəndi "LXR" yaraqlıları tərəfindən işğal olunub. Yeri gəlmişkən, Svetliçnoye real döyüş yerlərindən 100 km-dən çox məsafədə yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!