Kadırov Ukraynaya daha 200 könüllü göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Kadırov Ukraynaya daha 200 könüllü göndərdi

Dünya

18 May 2022 13:51 757


Daha 200 könüllü Ukraynadakı müharibədə iştirak etmək üçün Çeçenistandan yola düşüb.

Yenisabah.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

"Müraciət edənlər çoxdur, bu gün 200 nəfər könüllü göndərilib, onların əksəriyyəti ruslardır", - Kadırov jurnalistlərə deyib. pizza hut

Çeçenistanın niyə könüllülərin toplanma məntəqəsinə çevrilməsi ilə bağlı sualı cavablandıran Kadırov deyib ki, rus xalqı çeçenlərin “heç vaxt terrorçu və quldur olmadığını” və Rusiyaya qarşı döyüşmədiyini başa düşür.

"Onlar görürlər ki, biz Suriyada da, Donbasda da Rusiyanın maraqlarını müdafiə edirik. Ona görə də deyirlər ki, çeçen əsgərləri döyüşməyə layiqdirlər və biz sizinlə döyüşmək, şeytanlara qarşı sizinlə olmaq istəyirik”, - deyə Çeçenistan rəhbəri qeyd edib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!