Kafe və restoranların iş saatı açıqlandı 

saytların hazırlanması

Evə çatdırılma

Kafe və restoranların iş saatı açıqlandı 

Sosial

17 Avqust 2020 09:41 1242


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, həmin rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçiriləcək.

Qəlyan avadanlıqlarının istifadəsinə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmasına icazə verilməyəcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!