Kahramanmaraşda İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Kahramanmaraşda İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşdı - Video

Siyasət

19 İyun 2025 21:59 1535


İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb.

Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, mərasimdə iştirak edənlər Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Kahramanmaraşda zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olunması zamanı emosional anlar yaşanıb. Toyuqlu pizza

Açarların təqdimat mərasimində uşağın əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və sonra İlham Əliyevi qucaqlaması insanların üzlərində təbəssüm yaradıb.

Qeyd edək ki, 2023-cü ilin fevralın 6-da Kahramanmaraşda baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə "Azərbaycan məhəlləsi" salınıb.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!