“Kalaşnikov”la gəzən Saatlı sakini tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Kalaşnikov”la gəzən Saatlı sakini tutuldu

Kriminal

20 Fevral 2019 13:10 1147


Saatlı rayonunda “Kalaşnikov” silahı ilə gəzən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, hadisə fevral ayının 17-də qeydə alınıb. Belə ki, polis əməkdaşları bir nəfərin  əlindəki torba ilə şübhəli hərəkət  etdiyini aşkarlayıb. Dərhal həmin şəxsin yoxlanılması üçün lazimi tədbirlər görülüb. Nəticədə Saatlı rayon sakini Aqşin Əsədovun əlindəki torbada qanunsuz olaraq saxlanılan odlu silah olduğu müəyyən edilib. Onun əlindəki torbaya baxış keçirilən zaman 1 ədəd “AKS-74” markalı avtomat və ona məxsus 23 ədəd patron aşkar edilərək götürülüb..

O, silahı  2015-ci ildə Araz çayı sahilində  metal tulantıları yığarkən tapdığını  bildirib. Həmin zaman o avtomatı və güllələri gizlədib. Daha sonra narkotik vasitəyə görə saxlanılan Pərviz 2 il həbs cəzası alıb. Azadlığa çıxdıqdan sonra avtomatın gizlətdiyi yerdə olduğunu yoxlamaq qərarına gəlib. O avtomata baxarkən  kənar şəxslərin onu gördüyünü şübhə etdiyi üçün avtomatı başqa bir yerdə gizlətməyə cəh edib. Lakin  bu dəfə polis əməkdaşlarından yayına bilməyib. Saxlanılan şəxs avtomatı maraq  üçün saxladığını bildirib. Dominos pizza

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!