Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Rusiyanın Krımın ilhaqını, "DXR" və "LXR"-nin müstəqilliyini tanımaq tələblərini qeyri-real adlandırıb.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, Kalın bildirib:
“Danışıqlarda ən çətin mövzular, əlbəttə, Ukraynanın qorunmalı olan ərazi bütövlüyü ilə bağlıdır. Ukrayna tərəfi Krım və Donbass məsələsində güzəştə gedə bilməz. Bunlar qeyri-real, çox maksimalist tələblərdir. Bu, birbaşa Ukraynanın ərazi bütövlüyü və suverenliyinə aiddir”. Marqarita pizza
Eyni zamanda, İbrahim Kalın bildirib ki, Moskva NATO-ya güvənmir və alyans üzvlərindən yalnız Türkiyə tərəfsizliyə riayət edir və bu, bu ölkədə dialoqu mümkün edir.
Türkiyə rəsmisinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ərdoğanın rəyini nəərə alır.
Telegram kanalımız