Azərbaycan Dillər Universitetinin işdən azad edilmiş müəlliməsi, dissertantı Pərvin Mürsəlova ölkə prezidenti İlham Əliyevə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, universitetin rektoru Kamal Abdulla haqda şikayət edən müəllimə onun Sovet dövrünün Stalin erasında – şəxsiyyətə pərəstiş prinsiplərindən çıxış edərək ölkənin stratejik əhəmiyyətli universitetini yararsız təcrübə və vərdişlərə əsasən idarə etdiyini bildirib.
Müraciətində P. Mürsəlova Kamal Abdullaya xitab edərək yazıb: “Prezident kobudluğun sıfıra endirilməsi istiqamətində ciddi göstərişlər verdiyi halda, siz hələ də kobud ifadələrdən istifadə edərək akademik heyətə müraciət edirsiniz və ağsaqqal, qocaman professor-müəllim heyətimiz repressiya psixologiyası təsirindən qaynaqlanaraq sizin ərk etdiyinizi söyləyir, sizə acizanə şəkildə haqq qazandırırlar. Toyuqlu pizza
Hörmətli rektor! Prezidentimizin göstərişini rəhbər tutaraq sizə bir daha xatırlatmaq istərdim ki, siz ADU-nun sultanı yox, Azərbaycan vətəndaşının xidmətçisisiniz. Siz ali-savadlı, gənc kadrları universitetdən kənarlaşdırmaqla və rəhbər vəzifələri səlahiyyətsiz şəxslərə həvalə etməklə, eyni zamanda tələbələrin təhsil səviyyəsini artırmaq məqsədindən uzaqlaşdırmaqla həm xalqa, həm dövlət və dövlətçiliyə ciddi şəkildə xəsarət yetirirsiniz və daha doğrusu, siz xalqa xəyanət edirsiniz”.
Müəllimə bildirib ki, K. Abdulla yaradıcı, innovativ, qurucu, mütəxəssisləri işdən kənarlaşdırır ki, savadsız heyət üzvlərinin ətaləti pozulmasın. “Siz kimin yanındasınız, hörmətli rektor? Məlum olduğu kimi fevral ayının 11-də sizin əmrinizlə mənim əmək müqaviləmə xitam verilmişdir və bir sözlə, universitetdən kənarlaşdırılmışam. Bu əmrdə fərqli müddəalar sadalanmışdır. Onlardan biri tədris işləri üzrə prorektor Əfqan Abdullayev tərəfindən verilən rəydir, hansı ki, Təhsil Nazirliyinə ünvanlanan məktubu kollektiv üçün qəbul edilməz və təhqiramiz sayıb”.
Pərvin Mürsəlova müraciətində bildirib ki, Kamal Abdulla davamlı olaraq universitetdə “həyasız”, “atbalaxanım”, “keybalaxanım”, “qanmaz” “az” “ədə” və sair qeyri-etik ifadələr işlədir.
Müəllimə ölkə rəhbərliyindən universitetdəki duruma müdaxilə etməyi xahiş edib.
Telegram kanalımız