Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib.
Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb. Dominos pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız