Kamil Zeynallının vəkili apelyasiya şikayəti verdi   - Sabah məhkəmə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Kamil Zeynallının vəkili apelyasiya şikayəti verdi - Sabah məhkəmə olacaq

Hadisə

13 May 2020 21:46 1246


“Kamil Zeynallıya alternativ cəza tətbiq edilməsi daha doğru olardı”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Lent.az-a karantin qaydalarını pozduğu üçün 10 günlük həbs olunan Kamil Zeynallının vəkili Adəm Məmmədov deyib. Onun sözlərinə görə, müvəkkilinin 100-200 manat cərimə olunması daha ədalətli olardı:

“Məhkəmə SMS yazmayıb evdən çıxdığı üçün müvəkkilim Kamil Zeynallı barədə 10 günlük inzibati həbs qərarı verib. O isə özünün insanlara yardım etdiyini və xeyirxah işlərlə məşğul olduğunu bildirib. Məsələ barədə apelyasiya məhkəməsinə şikayət etmişik. Sabah baş tutan məhkəmə prosesində məsələyə aydınlıq gətiriləcək. Məhkəmə Kamil Zeynallının himayəsində azyaşlı uşaq olduğunu nəzərə almalıdır”. pizza hut

Qeyd edək ki, idmançı Kamil Zeynallı dünən karantin qaydalarını pozduğu üçün 10 günlük inzibati həbs olunub. Bu barədə o, özünün Instaqram hesabında da məlumat paylaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!