Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Fotolar

Siyasət

24 İyun 2022 22:28 1144


Baş prokuror Kamran Əliyev Belarusa işgüzar səfəri zamanı Rusiyalı həmkarı İqor Krasnovla görüşüb.

Yenisabah.az xəbər verir ki, Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.

Azərbaycan və Rusiya prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. pizza hut

Həmçinin, cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.

“Report”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!