Kamran Əliyev yenidən Baş prokuror təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əliyev yenidən Baş prokuror təyin olundu

Rəsmi

01 May 2025 16:34 1072


Kamran Əliyev yenidən Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

Yenisabah.az 00bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilmişdi. Dominos pizza

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb və parlament Kamran Əliyevin Baş prokuror təyin olunmasına razılıq verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!